
I sinfə elektron sistem vasitəsilə qəbul övladının məktəbəhazırlıq qruplarında təhsil almasını istəyən valideynləri də dilə gətirib. Onlar məktəbəhazırlıq qruplarına qəbulun necə və hansı qaydada aparılacağı barədə məlumat almaq istəyirlər.
AzEdu.az ən çox verilən suallara cavabı təqdim edir:
Sual:
-Qızım bu il məktəbəhazırlıq qruplarına gedəcək. Amma yaşadığım əraziyə yaxın yalnız bir məktəbdə Rus bölməsi üzrə hazırlıq qrupu var. Mən başqa məktəbin hazırlıq qruplarına müraciət edə bilərəm?
Cavab:
-Hazırda orta ümumtəhsil müəssisələrinin I sinfinə qəbul prosesi həyata keçirilir. Məktəbəhazırlıq qruplarına qəbulun isə qarşıdakı yay aylarında keçirilməsi nəzərdə tutulub.
Qəbul başlandıqda hazırlıq qruplarının mövcud olduğu məktəblər barədə məlumat veriləcək. Yaşayış yerinə yaxın ərazidə hazırlıq qrupu olmadıqda isə valideynə digər təhsil müəssisələri üçün müraciət etmək hüququ verilir. Yəni, hazırlıq keçmək istəyən azyaşlının məktəbəhazırlıqdan kənarda qalmasına yol verilmir.
Məktəbəhazırlıq qruplarında təhsil məcburi deyil. Hazırlıq keçməyən məktəblinin I sinfə qəbuluna məhdudiyyət qoyulmur. Sadəcə, məktəbəhazırlıq keçmiş şagirdlərə qəbul zamanı müəyyən üstünlüklər verilir.