Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-10 14:01:38
DİM bu gün imtahanlarla bağlı canlı yayım edəcək

2019-cu il mayın 12-də və 19-da I, II, III, IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək. İmtahanlarda on minlərlə abituriyentin iştirak nəzərdə tutulur. 

AzEdu.az DİM-ə istinadən xəbər verir ki, Bu gün saat 15.00-da DİM-in “Facebook” səhifəsi vasitəsilə abituriyentlərin imtahana psixoloji hazırlığı mövzusunda canlı yayım ediləcək. Dövlət İmtahan Mərkəzinin Strateji inkişaf şöbəsinin əməkdaşı, psixoloq Pərviz Kazımov canlı yayımın qonağı olacaq və imtahan öncəsi abituriyentlərə öz tövsiyələrini verəcək.