
Peşə ixtisas təhsilində ixtisaslı kadrların yetişdirilməsi üçün təhsil müəssisələri yüksək keyfiyyət göstəricilərinə malik olmalıdırlar.
Bəs bu göstəricilər nədən ibarətdir?
AzEdu.az “İlk peşə-ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı” (kurikulum) adlı sənədə istinadən ilk peşə-ixtisas təhsili müəssisələrində təhsilverənlərin keyfiyyət göstəricilərini təqdim edir:
- Tədris edilən ixtisas üzrə dövrün tələbatına uyğun elmi-nəzəri biliklərin verilməsi;
- Əxlaqi-mənəvi keyfiyyətlər, pedaqoji etika və mədəniyyətin aşılanması;
-Əməkdaşlıq, tədqiqatçılıq, özünütəhsil və idarəçilik bacarıqların öyrədilməsi;
- Yaradıcılıq və sağlam rəqabət tələb edən layihələrdə, müsabiqə və innovativ proqramlarda iştirak etmək qabiliyyətinin formalaşdırılması;
- Öz fəaliyyətini təqdim etmək və qabaqcıl pedaqoji təcrübələrdən bəhrələnmək bacarığının inkişaf etdirilməsi;
- Ədalətlilik, məsuliyyətlilik, cavabdehlik keyfiyyətlərin aşılanması;
- İşlədiyi təhsil müəssisəsində və ictimaiyyətdə hörmət və nüfuz qazanmaq bacarığının formalaşdırılması;
- Müasir texnika, yeni istehsal və pedaqoji texnologiyalardan istifadə etmək bacarığı;
- Müvafiq peşə-ixtisas sahəsi üzrə azı 3 il istehsalat və ya pedaqoji təcrübənin mövcudluğu;
- Müəllimlərin əsasən ali, istehsalat təlim ustalarının isə ali və ya orta ixtisas təhsilinə malik olmaqla yanaşı, ixtisas dərəcələrinin təhsilalanlar üçün nəzərdə tutulmuş ixtisas dərəcəsindən yuxarı olması;
- İnnovativ təlim metodlarından, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək bacarığı;
- Təsisçi tərəfindən yeni təyin edilmiş məktəb rəhbərlərinin və pedaqoji təhsili olmayan mühəndis-texnoloqların işə qəbul edildikdən sonra 3 ay müddətində icbari surətdə pedaqogika, psixologiya və metodika üzrə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş proqram (kurikulum) üzrə kurs keçməsi;
- Peşə-ixtisas fənn müəllimlərinin və istehsalat təlim ustalarının peşələrinə uyğun 3 ildən bir müəssisə və təşkilatlarda yeni texnika və texnologiyalar üzrə istehsalat təcrübəsi keçməsi.
Xatırladaq ki, təhsilverənlərin keyfiyyət göstəriciləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən attestasiya qaydalarına əsasən müəyyən olunur.
Rəna Nəbi