
2019-cu ildə keçiriləcək imtahanların tarixləri Dövlət İmtahan Mərkəzi tərəfindən bir neçə müddətdir ki, açıqlanıb.
AzEdu.az çoxsaylı istəkləri nəzərə alaraq DİM-in rəsmi saytına istinadən, mayın ikinci yarısında təşkil olunacaq imtahan və tədbirlərin təqvimini diqqətə çatdırır:
18 may - TOEFL imtahanı;
19 may- II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanı;
20-25 may- Magistratura imtahanına buraxılış vərəqəsinin çap edilməsi (II mərhələ);
26 may - 8 - 14 may tarixlərində qeydiyyatdan keçən abituriyentlər üçün Azərbaycan dili imtahanı (2-ci imtahan);
29 may - 68, 69, 70-ci proqramı seçən bakalavrların qabiliyyət imtahanı (Magistratura);
30 may - Ərizələrində bakalavr səviyyəsinə qəbul imtahanlarının birincisində iştirak etmək istədiklərini qeyd edən abituriyentlərin ikinci imtahanda da iştirak etmək üçün elektron qeydiyyatı.