
“Təhsil haqqında” qanuna edilən dəyişiklər kurikulumların tətbiqi məsələsini gündəmə gətirib. Dəyişiklərə əsasən, təhsil proqramlarının (kurikulumların) təsdiq olunması dövlətin vəzifələri sırasından çıxarılır.
Hələ müzakirəyə çıxarılacaq dəyişikliyi kurikulumun ləğvi kimi qiymətləndirənlər də az deyil.
“Təhsil haqqında” qanuna edilə biləcək bu dəyişiklik barədə ətraflı məlumat verilmədiyindən, çoxlarında çaşqınlığa səbəb olub.
Təhsil İnstitutunun direktor müavini, kurikulum mütəxəssisi Ənvər Abbasov AzEdu.az-a açıqlamasında məsələnin qaranlıq məqamlarına şərh verib. O, dəyişikliyin prosedur məsələləri ilə bağlı olacağını düşünür:
“Hazırda standart kurikulumlar təhsilin məzmununa daxildir. Əvvəl isə bu, kurikulumun içində idi. 2013-cü ilin Dövlət Strategiyası təsdiqlənəndənsonra Kurikuluma yanaşma dəyişib. “Səriştə əsaslı yeni təhsil məzmununa keçid - təhsilin bütün pillə, səviyyələri üzrə standart və kurikulumların hazırlanması kimi qeyd olunub.
Əvvəl milli dövlət kurikulumunu Nazirlər Kabineti təsdiq edirdi. Ola bilər, dəyişiklik bununla bağlı olsun. Kurikulumstandarta çatmaq üçün bir fəaliyyətdir. Ona görə də bu texnologiya biraz yumşaldıla bilər. Kurikulumları Nazirlər Kabineti deyil, Təhsil Nazirliyi təsdiq edə bilər. Belə olsa, onu vaxtaşırı yeniləmək, dəyişdirmək mümkün olar. Amma onu hökumət təsdiq edəndə dəyişmək çətin olur”.
Ənvər müəllimin fikrincə, dəyişiklik kurikulumda inzibatçılığı zəiflədə bilər:
“Kurikulum texnologiyadır. Nəticə əldə etmək üçün hərənin müxtəlif texnologiyası ola bilər. Standart, nəticə isə dəyişməzdir. Vahid kurikulumlarla isə hamı eyni nəticəni əldə edə bilməz. Hərənin şəraitə, şagirdlərin səviyyəsinə uyğun bir yolu var. Əslində, bu, çox yaxşı cəhətdir”.
Onun fikrincə, proqramlarının (kurikulumların) təsdiq inindövlətin vəzifələri sırasından çıxarılması dedikdə onun hökumət tərəfindən təsdiqinin ləğvi nəzərdə tutulur:
“Düzdür, bu dəyişiklik hələ təsdiqlənməyib. Amma kurikuluma bir zərər gətirməz. Əksinə, bu işə bir yumşaqlıq gətirib, müəllimlərin yaradıcılıq imkanlarını genişləndirər. Kurikulum yol, texnologiya, vasitə, üsuldur. Müəllimi çərçivəyə salmaq, ona “hökmən bu üsuldan istifadə et” demək olmaz. Müəllim öz üsulunu özü müəyyənləşdirməlidir. Düzü, biz hələ buna öyrəşməmişik. İstəyirik, kimsə gəlib desin ki, niyə bu strategiyadan istifadə etməmisən? Başa düşmürük ki, bu, müəllimin sərəncamında olan şeydir. “Təhsil haqqında” qanunda da təhsilin demokratikləşdirilməsi dedikdə elə bu nəzərdə tutulur: İmkanların genişlənməsi, rəsmiyyətin azalması, məktəb səlahiyyətlərinin artması və s. Doğrudur, nizam – intizam baxımından bəzi şeylər rəsmi olmalıdır. Amma məktəbin , sinfin kurikulumudeyilən bir şey var. Bunların hamısını hökumət təsdiq edə bilməz. Hökumət yalnız nəticələri təsdiq edər”.
Qeyd edək ki, “Təhsil haqqında” qanuna kurikulumla bağlı təklif olunan dəyişikliklər Milli Məclisin mayın 17-də keçirilməsi nəzərdə tutulan iclasında müzakirəyə çıxarılacaq.