
Nazirlər Kabineti “Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında istehsal olunan məhsullar üçün dövlət sifarişlərinin verilməsi Qaydası”nı təsdiq edib.
Bununla bağlı Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov Nazirlər Kabinetinin 2019-cu il 10 may tarixli, 219 nömrəli qərarını imzalayıb
Qərara əsasən, “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2425 nömrəli Sərəncamının 8.8-ci bəndinin icrasını təmin etmək məqsədilə “Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında istehsal olunan məhsullar üçün dövlət sifarişlərinin verilməsi Qaydası” təsdiqlənib
Qeyd edək ki, qərarın qəbulu özlüyündə elmin kommersiyalaşdırılması məqsədi daşıyır.AMEA isə yarandığı gündən bu zamana qədər heç bir pul fəaliyyəti ilə məşğul olmayıb.
AzEdu.az bu məsələ ilə bağlı bir sıra şəxslərin fikirlərini öyrənib.
Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi,texnika elmləri doktoru, professorƏminağaSadıqovbu texnoparkın kommersiya məqsədi üçün yaradıldığını qeyd edib:
“Yüksək Texnologiyalar Parkı Milli Elmlər Akademiyasının elmi müəssisələrində əldə olunmuş nailiyyət və nəticələrin bazara tətbiq edilməsində böyük rol oynayır.Bura elmi nəticələrin kommersiyalaşdırılması məqsədi daşıyır.Bu, parkın əsas vəzifəsidir.Digər məqsədi isə xarici elmi ixtiraların ölkəmizdə tətbiqini həyata keçirməkdir.
Texnopark bir çox vasitələrlə kommersiya məqsədini həyata keçirir:özü məhsullar istehsal edir, başqa şirkətlərlə kommersiya əlaqələri qurur, biznes mübadilələri yaradır.
Öz ərazisində rezidentlərə yer verir.Hazırda 6-dan yuxarı rezident Texnologiyalar Parkında fəaliyyət göstərir.
Digər bir fəaliyyət tərəfi isə dövlət sifarişlərini həyata keçirməkdir.Dövlət öz ehtiyaclarından doğan məhsulları sifariş edə bilər.
Nazirlər Kabinetinin verdiyi bu qərar Texnologiyalar Parkına olan ehtiramın nəticəsidir.Bu yüksək texnoloji məhsulların istehsalına kömək edəcək. Buna görə də bu addımı alqışlamaq lazımdır.”.
Siyasətçi və Azərbaycan Demokrat Partiyasının sabiq sədri Sərdar Cəlaloğlu belə bir qərarın qəbuluna ehtiyacın olduğunu qeyd edib:
“Kənd təsərrüfatı məhsullarına dövlət sifarişi olmalıdır.Aqrar sektorun inkişafı məhsulun bazara çıxarılmasındanaslıdır.
Düşünürəm ki, dövlətin qəbul etdiyi bu qərar çox vacibdir.Bu tək AMEA-ya deyil, bir çox müəssisələrə aid edilsə, o zaman ölkədəki iqtisadi və aqrar sektor inkişaf edər”.
Şükufə Süleymanlı