Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-17 11:55:08
Tələbələr üçün 800 yerlik yataqxana kompleksi bu vaxt istifadəyə veriləcək? – RƏSMİ

Bakıda Heydər Əliyev Fondu tərəfindən inşası başa çatdırılan 800 yerlik yeni yataqxana kompleksinin istifadəyə veriləcəyi tarix bəlli olub.

AzEdu.az xəbər verir ki, Təhsil Nazirliyindən ONA-nın sorğusuna cavab olaraqa bildirilib ki, yeni yataqxana korpusu növbəti tədris ilindən istifadəyə veriləcək. Yeni yataqxana Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Nəsimi rayonu ərazisində yerləşən köhnə və sökülmüş yataqxanalarının yerində tikilib.

Əlavə olaraq, Asiya İnkişaf Bankının dəstəyi ilə İqtisadiyyat Nazirliyi və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Dövlət-Özəl Sektor Tərəfdaşlığı vasitəsi ilə Bakı Dövlət Universiteti və ADNSU üçün tələbə yataqxanalarının tikintisi üzrə texniki yardım layihəsi həyata keçirilir.