Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-18 16:15:00
Tələbələr qiymətli kağızlar bazarı barədə məlumatlandırılıb

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və Azərbaycan Kooperasiya Universitetinin maliyyə və bank işi kafedrasının birgə təşkilatçılığı ilə qiymətli kağızlar bazarı haqqında növbəti maarifləndirici seminar keçirilib.

AzEdu.az xəbər verir  ki, seminarda MBNP-nin, Bakı Fond Birjasının və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının mütəxəssisləri tərəfindən təqdim olunan mövzular tələbələr tərəfindən böyük maraqla qarşılanıb.

İnteraktiv metodlar və dialoq formasında keçirilən seminar çərçivəsində qiymətli kağızlar bazarının iştirakçıları və alətləri, investisiya qiymətli kağızları, kapital bazarlarında maliyyələşmə, investisiya xidmətlərinin növləri və emitentlərin Bakı Fond Birjasında listinqinə dair nəzəri və praktiki mövzuları əhatə edən təqdimat mövzuları müzakirə olunub.

Təcrübə və diskussiyalarla zəngin olan təlimdə Azərbaycan Kooperasiya Universitetinin akademik heyəti və tələbələri iştirak edib.  (Azərtac)