Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-23 09:04:00
Yevlaxda tələbələri daşıyan mikroavtobus aşıb

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı 1 nəfər ölüb, 10 nəfər yaralanıb.

AzEdu.az-ın ONA-ya istinadən verdiyi məlumata görə, hadisə Xaldan qəsəbəsi ərazisində qeydə alınıb.

Bildirilir ki, Yevlax-Xaldan-Mingəçevir istiqamətlərində hərəkət edən "Mercedes" markalı mikroavtobus rayonun Xaldan istiqamətində hərəkətdə olarkən təkəri partlayıb və avtobus idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində, ilkin məlumata görə, adı hələlik dəqiqləşdirilməmiş oğlan sərnişin yerindəcə dünyasını dəyişib. Əlavə olaraq 7 yaralı Yevlax, 3 yaralı isə Mingəçevir xəstəxanasına aparılıb.

Sonuncu məlumata görə, Mingəçevir xəstəxanasına çatdırılan yaralılardan gənc bir qız orada keçinib.

Qəzaya düşənlərin əsaəsn Mingəçevirdə təhsil alan yevlaxlı tələbələr olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.