
Türkiyənin Beşpınar kəndindəki Şehit Gürcan Yavuz İmam orta məktəbinin müəllimi Emre Özəl məktəb üçün nəzərdə tutulan avtobusdan “səyyar elm mərkəzi” formalaşdırıb.
Müəllim bu addımı şagirdlərinə elmi sevdirmək məqsədilə kəndbəkənd gəzmək üçün atdığını bildirib.
AzEdu.az xarici mediaya istinadən məlumat verir ki, əvvəl də çalışdığı məktəbin şagirdləri üçün müxtəlif layihələr həyata keçirən Özəl bu dəfə digər kəndlərdəki məktəbliləri də diqqətdə saxlayıb.
O, Türkiyədəki uşaqların bir qisminin kənd yerlərində yaşadığını, elmdən uzaq qaldığını qeyd edib. Gənc müəllim elmi fəaliyyətləri uşaqların ayağına gətirmək məqsədilə belə addım atdığını vurğulayıb:
“Öz fikrimi əlaqədar şəxslərlə bölüşdüm. Təhsil Nazirliyi də layihəyə razılıq verdikdən sonra işə başladıq. Hazırladığımız avtobusda 50-ə yaxın laboratoriya fəaliyyət göstərir. Avtobus 375 000 lirəyə başa gəlib. Heç bir kənd bu layihədən kənarda qalmayacaq”.