Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-27 09:30:00
“Akademiya modeli günümüz üçün effektli deyil” –Fazil Mustafa

 

Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində bir sıra çoxprofilli institutlar fəaliyyət göstərir.

Bunlara misal olaraq, Ədəbiyyat, Dilçilik, Şərqşünaslıq, institutlarını göstərmək olar. Bu, təkcə humanitar profilli institutlardır. Təbii ki, oxşar qeydləri kimya, təbiət və dəqiq elmlərlə bağlı da demək  olar.

Zaman-zaman müxtəlif şəxslər tərəfindən AMEA-nın bəzi institutlarının birləşdirilməsinin, vahid orqanizm şəklində idarəsinin vacibliyini bildirib.

Milli Məclisin deputatı Fazil Mustafa AzEdu.az-a açıqlamasında akademiya modelinin müasir cəmiyyət üçün effektli  sayıla bilmədiyini deyib.

“Cəmiyyətdə  Akademiyanın nə dərəcədə effektli qurum olması və onun hansı faydalara imza atması müzakirə olunur. Elmlər Akademiyasında əldə edilən elmi nəticələrin düzgünlüyü bəzi hallarda insanlarda şübhə doğurur.

Cəmiyyətdə  AMEA-nın fəaliyyətinə xüsusi diqqət var. AMEA bu səbəbdən də  müəyyən sahələrdə  faydalı ortaya qoyulmalı və uğur əldə edilməlidir.

Akademiya modeli günümüz üçün effektli deyil. Əksinə universitetlər daha sərfəlidir. Əgər universitetlər sabit vəziyyətdə qalsa, bu cəmiyyət üçün yaxşı hal olmaz.

İnstitutların birləşdirilməsi məsələsi isə çoxsaylı elmi işçilərin işdən uzaqlaşdırılması və müzakirə mühitinin boş qalmasına gətirib çıxara bilər.

AMEA-nın fəaliyyətində köklü islahatlara ehtiyac var”.

Təhsil eksperti Nabatəli Qulamoğlu açıqlamasında AMEa tərkibindəki institutların birləşdirilməsi heç bir effekt verməyəcəyini deyir:

 “AMEA-nın tərkibində olan  sahələri birləşdirmək olmaz. Onlar ayrı şəkildə fəaliyyət göstərməlidir. İnstitutların birləşdirilməsi heç bir effekt verə bilməz.

Burada pul amili mühüm rol oynayar. Bunun təhsilə, elmə mənəvi xeyri ola bilməz. Ona görə də institutlar hazırki şəkildə fəaliyyət göstərməlidir”

Şükufə Süleymanlı