Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-28 11:16:00
Yaponiyada naməlum şəxs 19 məktəblini bıçaqlayıb

Yaponiyada təxminən 50 yaşlı naməlum şəxs 19 məktəblini bıçaqlayıb.

AzEdu.az lenta.ru-ya istinadən xəbər verir ki, hadisə Tokionun Kavasaki rayonundakı parkda baş verib.

Avtobus dayanacağında qeydə alınan hadisə nəticəsində məktəblilərdən 19-u yaralanıb. Onlardan 3-nün vəziyyəti ağırdı.

Cinayətkar yerli polis tərəfindən artıq həbs edilib. Hadisə yerindən 2 ədəd bıçaq tapılıb. Təcavüzkarın ağır yaralandığı bildirilir.

Faktla bağlı araşdırmalara aparılır.