
2019-05-28 14:42:00
Buraxılış imtahanında 300 bal toplayan Qax məktəblisi: “Bəzi tərəddüdlərim var idi, çünki..."
"I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 354 bal toplamışam. Yay imtahanına daxil olub 700 bal toplamaq fikrindəyəm"
Bu sözləri AzEdu.az-a açıqlaması zamanı 21 apreldə keçirilən buraxılış imtahanlarında maksimum bal toplayan Qax rayonu, 2 saylı şəhər tam orta məktəbin məzunu Murad Şərifzadə deyib. O, bəzi suallarda çətinlik çəksə də, bütün sualları düzgün cavablandıra bilib:
"Yeni qaydalar təsdiq olunandan öz üzərimdə müəllimlərimlə birgə çalışdıq. İmtahan sualları o qədər də qəliz deyildi. Ancaq bəzi tapşırıqlarda tərəddüdlərim var idi. Çox şükür ki, onların hamısını düzgün cavablandıra bildim.
I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 354 bal toplamışam. Yay imtahanına daxil olub 700 bal toplamaq fikrindəyəm. Məqsədim Kompüter elmləri üzrə təhsil almaq və Bakı Ali Neft Məktəbinə daxil olmaqdır".
Xatırladaq ki, 21 apreldə keçirilən buraxılış imtahanında 2 şagird (Qax rayonu, 2 saylı şəhər tam orta məktəbin və Masallı rayonu, 4 saylı Digah tam orta məktəbin məzunları) onlara təqdim olunmuş bütün tapşırıqlara düzgün cavab verib və maksimum nəticə - 300 bal toplayıb.
Bu bölməyə aid digər xəbərlər
Abituriyentlərdə stress necə idarə olunmalıdır? – Psixoloqdan TÖVSİYƏ
2020-05-19 14:18:00
İmtahanlarda iştirakçılar arasında 2 metr məsafə qoyulacaq
2020-05-08 14:07:00
İmtahan mərkəzləri tibbi maskalarla təchiz olunacaq
2020-05-08 13:55:00
Buraxılış, qəbul imtahanları bu tarix və qaydalar əsasında keçirilə bilər -TƏHLİL
2020-04-10 16:08:00
Coğrafiyadan situasiya tipli tapşırıqlar - II qrup üzrə hazırlaşanlar üçün
2020-01-07 12:41:00
Polis olmaq istəyənlər üçün müsabiqə keçirilir
2019-12-05 17:40:00
Abituriyentlərin nəzərinə! - Fənlər üzrə test topluları yaxın günlərdə nəşr olunacaq
2019-11-27 15:35:00
Bu qədər abituriyent 40-dan az bal toplayıb -Kolleclərə qəbul göstəriciləri
2019-11-22 15:35:00
“150-200 bal toplayanların universitetdə təhsil alması doğru deyil” – Ekspertdən İRAD
2019-11-21 10:31:00
Ekspertdən təklif: “İnformatika fənni qəbul imtahanlarına əlavə olunmalıdır”
2019-10-27 15:16:00