Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-29 13:50:00
Çexiyanın Azərbaycandakı səfirliyinin  nümayəndəsi LDU-da olub

Çexiya Respublikasının Bakıdakı səfirliyinin missiya rəhbərinin müavini Daniel Putik Lənkəran Dövlət Universitetində (LDU) olub.

AzEdu.az xəbər verir ki, bu ali  ali təhsil ocağına ikinci dəfə  səfər edən qonaqlara universitet  barədə ətraflı məlumat verən professor Natiq İbrahimov Azərbaycan təhsilinin Avropaya inteqrasiyası istiqamətində görülən işlərdən, gələcək prespektivlərdən, qarşıya qoyulan hədəflərdən danışıb.Universitet rəsmisi qonaqların marağına uyğun olaraq onlara ekologiya və aqrar yönümlü fakültələrin işindən, mütəxəssislərin hazırlanması istiqamətlərində olan yeniliklərdən söz açıb, bu sahədə  xarici ölkə universitetlərinin qabaqcıl təcrübəsindən yararlandıqlarını qeyd edib. Praktik vərdişlərin aşılanmasında böyük rol oynayan  modern laboratoriyaların xaricdən gətirilərək  universitetdə quraşdırıldığını deyən N.İbrahimov qonaqlara meşəçilk , turizm və otelçilk ixtisalarında kadrların hazırlanması sahəsindəki son yenilklərdən  söz açıb,  Çexiya universitetləri ilə qarşılıqlı əməkdaşlığa  maraqlı olduqlarını deyib, tələbə-müəllim mübadiləsinin, birgə elmi konfransların keçirilməsinin, elmi tədqiqatların aparılmasının vacibliyini qeyd edib.

Səmimi qarşılanmaya və ətraflı məlumata görə minnətdarlıq bildirən cənab Daniel Putik  Çexiya universitetləri  ilə LDU arasında imzalanacaq   əməkdaşlıq müqaviləsi, Çexiya səfirliyinin Ekologiya Nazirliyi və Turizm  agentliyi ilə birgə həyata keçirəcəyi “ Turizm marşrutlarının markalanması” adlı layihədə LDU-nun iştirakı, həmçinin, Avropa ittifaqının nümayəndə heyətinin təşəbbüsü ilə həyata keçirilən  layihələrə universitet tələbələrinin də  cəlb edilməsi  məsələlərini   professor Natiq İbrahimovla birgə  müzakirə edib.