
24-27May 2019-cu il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində Avropa Universitetinin bazasında “XIII Vekua Kuboku Beynəlxalq Proqramlaşdırma müsabiqəsi” keçirilib. Müsabiqə eyni zamanda Rusiya Federasiyasının və Ukraynanın bir neçə şəhərində keçirilib. Müsabiqədə Rusiya, Ukrayna, Azərbaycan, Gürcüstandan olan məktəblilər, tələbələr və veteranlar (ICPC müsabiqələrinin əvvəlki illərin iştirakçiları) iştirak edib.
AzEdu.az xəbər verir ki, müsabiqədə Azərbaycan 2 ali təhsil müəssisəsindən 3 komanda və 2 məktəblilər komandası ilə təmsil olunub:
Bakı Mühəndislik Universiteti – 2 komanda (6 tələbə) – komanda rəhbərləri: Etibar Seyidzadə, Rauf Süleymanlı müsabiqədə iştirak ediblər.
Qeyd edək ki, 25May tarixində keçirilən Komanda müsabiqəsində119komanda iştirak edib. İştirakçılara 5 saat ərzində 12 məsələni həll etmək (proqramını tərtib etmək) və avtomatik qiymətləndirmə sistemi vasitəsilə sınaqdan keçirmə tapşırığı verilib.
26May tarixində fərdi müsabiqə keçirilib. Fərdi müsabiqədə 124 nəfər iştirak edib. İştirakçılara 5 saat ərzində 9 məsələnin proqramını tərtib etmək və avtomatik qiymətləndirmə sistemi vasitəsilə sınaqdan keçirmə tapşırığı verilib.
27May tarixində müsabiqəninin nəticələri elan edilib və mükafatlandırma mərasimi keçirilib.
Komanda müsabiqəsinin nəticələrinə görə:
- Baku EU 1(Rəşad Məmmədov, Ülvi Aslanlı, Nicad Hüseynov) - II dərəcəli diplom
- Baku EU 2 (Əyyub Nəcəfzadə, Zəkəriyyə Zəkəriyyəli, Kamil Əliyev) – fərqlənməsertifikatı
- SCH_Baku Aze_School1 – (Abutalıb Namazov, Murad Eynizadə, İbrahim Tağızadə) - II dərəcəli diplom
- SCH_Baku Aze_School2 – (Əziz Hüseynov, Azelma Ağakişiyeva, Amin Cəlilov) - Yüksək nailiyyət sertifikatıilə təltif olunublar.
Fərdi müsabiqənin nəticələrinə görə:
- Rəşad Məmmədov (Bakı Mühəndislik Universiteti) – III dərəcəli diplom
- Nicad Hüseynov (Bakı Mühəndislik Universiteti) – Yüksək nailiyyət sertifikatı
- Ülvi Aslanlı (Bakı Mühəndislik Universiteti) – Yüksək nailiyyət sertifikatı
- Zəkəriyyə Zəkəriyyəli (Bakı Mühəndislik Universiteti) - Yüksək nailiyyət sertifikatı
- Əyyub Nəcəfzadə (Bakı Mühəndislik Universiteti) – Yüksək nailiyyət sertifikatı
- Kamil Əliyev (Bakı Mühəndislik Universiteti) – Fərqlənmə sertifikatı
- Yaqub Bəndəliyev (Azərbaycan Dövlət İqtisad Universiteti) - Fərqlənmə sertifikatı
- Seymur Mikayılov (Azərbaycan Dövlət İqtisad Universiteti) - Fərqlənmə sertifikatı
- Emin Vəlizadə (Azərbaycan Dövlət İqtisad Universiteti) - Fərqlənmə sertifikatı
- Abutalıb Namazov (Bakı şəhər Fizika-riyaziyyat və informatika təmayüllü lisey) –II dərəcəli diplom
- İbrahim Tağızadə (Bakı şəhər Fizika-riyaziyyat və informatika təmayüllü lisey) - Yüksək nailiyyət sertifikatı
- Murad Eynizadə (Bakı şəhər Fizika-riyaziyyat və informatika təmayüllü lisey) - Yüksək nailiyyət sertifikatı
- Əziz Hüseynov (Xəzər Universitetinin nəzdində “Dünya" məktəbi” ) - Yüksək nailiyyət sertifikatı
- Azelma Ağakişiyeva (Bakı şəhəri 6 nömrəli tam orta məktəb-lisey) - Yüksək nailiyyət sertifikatı
- Amin Cəlilov (Bakı şəhəri 269 nömrəli tam orta məktəb) -Yüksək nailiyyət sertifikatıilə təltif olunublar.