Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-31 09:00:00
Bəzi fənlərdən beynəlxalq olimpiadalar üçün hazırlıq vəsaiti yoxdur -RƏSMİ

 

 Çoxları beynəlxalq olimpiadalarda xüsusi hazırlıq keçmədən iştirak etməyin mümkünsüzlüyünü deyirlər. Əksəriyyəti buna əsas  olaraq Azərbaycan dilində vəsait çatışmazlığını qeyd edir.

Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev də Təhsil Tv-yə açıqlamasında bu məsələyə toxunub. İzləyicilərin fikri ilə razılaşaraq bildirib ki, Azərbaycan dilində olimpiadaya hazırlıq vəsaitləri məhdud saydadır. Bəzi fənlərdən isə demək olar ki, yoxdur:

“Amma münsiflər heyəti və ayrı-ayrı mütəxəssislərimiz bu məsələ üzərində ciddi işləyirlər. Məsələn, Beynəlxalq Biologiya olimpiadasına hazırlıq vəsaitlərindən biri də müəllifi Kemplin olan kitabdır. Bu, kifayət qədər geniş məzmunlu vəsaitdir. Mütəxəssislərimiz onun bölmə-bölmə tərcüməsinə başlayıblar. İlk bölməsi artıq çapa gedib. Ümid edirəm ki, yaxın gələcəkdə bu vəsaitlərin sayı artırılacaq. Amma hazırda bunu bir çatışmazlıq kimi söyləyə bilərik”.

Qeyd edək ki, respublika fənn olimpiadalarının final mərhələsinin nəticələri mayın 27-də  bəlli olub. Olimpiadada 47 nəfər qızıl, 88 nəfər gümüş, 139 nəfər bürünc olmaqla ümumilikdə  274 nəfər qalib elan olunub.

 

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları