Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-31 13:24:01
Gələn il fənn olimpiada proqramlarına dəyişiklik ediləcək  

Təhsil Şöbələrinə göndərilən olimpiada proqramları bəzən gedib şagirdlərə çatmır.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Tv-yə danışan Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev məlumat verib.

O, bildirib ki, hər dərs ilinin əvvəlində respublika fənn olimpiadalarının proqramları yerli icra orqanlarının təhsil şöbələrinə göndərilir. Amma təəssüf ki, müəyyən problemlər ucbatından bəzən onlar şagirdlərə çatmır:

Şöbə müdiri bildirib ki, gələn ildən bütün təhsil ictimaiyyəti nəzərə alınacaq. Olimpiada.edu.az saytında hər fənn və yaş qrupu üzrə proqramlar yerləşdiriləcək.

Qeyd edək ki, respublika fənn olimpiadalarının final mərhələsinin nəticələri mayın 27-də  bəlli olub. Olimpiadada 47 nəfər qızıl, 88 nəfər gümüş, 139 nəfər bürünc olmaqla ümumilikdə  274 nəfər qalib elan olunub. Onlardan 127-si bölgə məktəbliləridir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları