Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-31 15:30:00
BMU-nun prorektoruTələbə Gənclər Təşkilatının İdarə Heyətinin üzvləri ilə görüşüb  

Bakı Mühəndislik Universitetinin Tərbiyə işləri üzrə prorektoru Bayram Hüseynzadə universitetdə fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin üzvləri ilə görüşüb.

AzEdu.az xəbər verir ki, görüşdə tələbə təşkilatlarının fəaliyyətindən, gənclərin mənəvi tərbiyəsindəki rolundan və tələbələrin asudə vaxtlarının səmərəli keçirmələrindən bəhs olunub. Prorektor tədbirdəki çıxışında ölkə başçısı İlham Əliyevin gənclər siyasətindən, dövlətimizin gənclərə göstərdiyi qayğısından söz açaraq tələbə təşkilatlarının fəaliyyətindən, universitet rəhbərliyi tərəfindən tələbələrə yaradılan şəraitdən və onların uğurları barədə  ətraflı məlumat verib.

Bildirib ki, hal-hazırda universitetdə Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK), Tələbə Gənclər Təşkilatı (TGT), YAP Gənclər Təşkilatı və Tələbə Elmi Cəmiyyəti (TEC) kimi 4tələbə təşkilatının fəaliyyət göstərir. Tələbə təşkilatları müxtəlif dövlət və özəl qurumlarla əməkdaşlıq çərçivəsində bir sıra layihələr həyata keçirir və TGT-nin üzvləri beynəlxalq tələbəkonfranslarında universitetimizi layiqincə təmsil edirlər.

Daha sonra ayrı-ayrı tələbələrin fikirləri dinlənilib, rəy və təklifləri müzakirə olunub.

Sonda B.Hüseynzadə tələbələrə gələcək fəaliyyətləri ilə bağlı tövsiyyələrini verib.

TGT-nin keçmiş sədri, Abşeron YAP Gənclər Təşkilatının sədri Elnur Mirzəyev  çıxış edərək ona etimad göstərənlərə təşəkkür edib  və gələcək planlarından danışıb. E.Mirzəyev Azərbaycan gənci olaraq bundan sonrakı fəaliyyətində də daim dövlətçiliyimizin inkişafında, qorunub saxlanılmasında və eləcə də universitetin sosial işlərində yaxından iştirak edəcəyini bildirib. O, həmçinin TGT sədri vəzifəsini müvəqqəti olaraq icra edəcək Ləman Şərifovanı tədbir iştirakçılarına təqdim edib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin birgə layihəsi əsasında yaradılan BMU Tələbə Gənclər Təşkilatı (TGT) 2016-cı ilin fevral ayından fəaliyyət göstərir.