Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-04 13:05:00
AMEA alimindən mənzil qalmqalına münasibət: “Məqsəd nədir, bilmirəm”  

Sosial media və xəbər portallarında AMEA-nın alimlər üçün tikdiyi bina ilə bağlı yazılar səngimək bilmir.

Bir qrup alimin verdiyi və  mətbuatda da yer alan məlumata görə, Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsi 12 ünvanında yaşayan yataqxana sakinlərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 5 (beş) ədəd 1 (bir) bloklu 16 mərtəbəli bina tikilib. Ancaq bölgü ədalətsiz şəkildə aparıldığından ehtiyacı olan alimlər binadan mənzil ala bilməyiblər.

Alimlər bununla bağlı bir çox dövlət qurumlarında dəfələrlə qəbullarda olsalar da, heç bir nəticə əldə edə bilməyiblər

Alimlər qeyd ediblər ki, dəfələrlə AMEA-nın inzibati binasının qarşısında toplaşaraq rəhbərlik tərəfindən qəbul edilmələrini tələb etsələr də, istəklərinə çatmayıblar: 

AzEdu.az xəbər verir ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri Mübariz Göyüşlü məsələyə öz münasibətini bildirib.

Onun sözlərinə görə,

“1-2 gündür sosial şəbəkələrdə AMEA prezidenti, akademik Akif Əlizadənin, AMEA-nın vitse-prezidenti İbrahim Quliyevin və İşlər İdarəsinin müdirinin yataqxanada yaşayan alimlər üçün tikilən binadakı evləri qohumları və yaxınları üçün mənimsəmələrinə dair həqiqətə uyğun olmayan məlumatlar paylaşılır. Təəssüf ki, bu məlumatı paylaşanlar arasında qələminə, cəmiyyətdəki mövqeyinə hörmət etdiyim ziyalı dostları da görürəm.

 “Sosial şəbəkə belədir. Yalan və ya doğru olmasını dəqiqləşdirmədən xəbəri atırsan, hər şeydən narazı olan, narazılığını necə gəldi büruzə verməyə çalışan insanlar təhqir, şantaj, hədə-qorxu dolu fikirlərini həmin statusa tökürlər.

Mübariz Göyüşlü xəbərin həqiqəti əks etdirmədiyini bu cür əsasıandırır:

“Bu barədə bir neçə müddət əvvəl də xəbərlər gündəmə gətirilmişdi. O zaman da sübut olunmuşdu ki, xəbər yalandır. İndi yenidən bu fikrin gündəmə gətirilməsində məqsəd nədir, bilmirəm? Amma həqiqət çəkisi yoxdur. Xəbəri tirajlamadan əvvəl də onun doğru olub-olmadığını dəqiqləşdirmək olardı”.

Şükufə Süleymanlı