Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-06 17:45:00
AMEA-da magistrantların dissertasiya işlərinin müdafiəsinə başlanıldı

AMEA-da II kurs magistrantların dissertasiya işlərinin müdafiəsinə başlanılıb.

AzEdu.az xəbər verir ki, magistrantların dissertasiya işlərinin müdafiəsi üçün AMEA prezidentinin 7 may 2019-cu il  tarixli sərəncamına əsasən 12  Müdafiə Şurası yaradılıb.

Müdafiədə ixtisas üzrə tədris planına uyğun nəzəri və təcrübi kursu tam yerinə yetirən və bütün kreditləri toplayan 63 magistrant iştirak edir.

Müdafiələr AMEA-nın müvafiq institutlarında həyata keçirilir.