Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-07 13:00:00
Mərkəzi Elmi Kitabxana 5 illik fəaliyyətinə dair hesabat verib

İyunun 7-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) 5 illik fəaliyyətinə həsr olunmuş tədbir keçirilib. Tədbir MEK-in akademiya, oxucular və cəmiyyət qarşısında komanda hesabatı formatında təşkil edilib.

AzEdu.az xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, MEK-in direktoru Leyla İmanova, Milli Kitabxananın direktoru, professor Kərim Tahirli, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi nəzdində Prezident kitabxanasının direktoru Mayıl Əhmədli, akademik Yusif Məmmədəliyev adına Neft–Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Əməkdar elm xadimi, professor Tofiq Mustafazadə, MEK-in Vikipediya şöbəsinin gənc əməkdaşı Gülarə Səbzəliyeva çıxış ediblər.

Tədbirdə MEK-in 5 illik fəaliyyəti barədə film nümayiş etdirilib. Film ötən beş il ərzində görülən işlərə, MEK-in 2014-cü ildə növbəti 5 il üçün müəyyən etdiyi strateji hədəflərə, əldə edilən nəticələrə və bir çox yeniliklərə həsr olunub.