
2019-06-12 17:13:00
Qüsursuz işləyən rektor və prorektorlara professor elmi adı veriləcək
Ali təhsil müəssisələrində rektor və tədris işləri üzrə prorektorlara professor elmi adının verilməsinə görə tələblər müəyyənləşib.
AzEdu.az xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”də bildirilib.
Sənəddə qeyd edilib ki, professor elmi adı elmi-pedaqoji fəaliyyətə görə müsabiqə yolu ilə və ya təyinatla ali təhsil müəssisələrində rektor (rəis), elm və ya tədris işləri üzrə prorektor (rəis müavini), dekan, kafedra (departament, mərkəz) müdiri və ya professor vəzifəsini tutan, milli təhlükəsizlik və hərbi elmlər doktoru elmi dərəcəsi olan, hərbi sahədə əhəmiyyətli nailiyyətlər əldə etmiş (Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və zabit kadrların hazırlanmasında xüsusi xidmətləri olan), dosent elmi adı almış iddiaçılara aşağıdakı tələblərin ödənildiyi halda verilir:
1. İddiaçının azı beş il elmi-pedaqoji iş stajı olmalıdır;
2. İddiaçı azı bir il bu vəzifədə qüsursuz və müvəffəqiyyətlə işləməlidir.
Bu bölməyə aid digər xəbərlər
AMEA-da Qərbi Azərbaycanla bağlı yeni şöbələr yaradılıb
2024-06-24 09:17:18
İsa Həbibbəyli: "Azərbaycan seysmologiya sahəsi üzrə doktorantura təhsili yoxdur"
2023-11-29 11:57:59
TÜBİTAK-ın AMEA ofisi yaradılıb
2023-11-19 10:31:00
AMEA-nın beynəlxalq təşkilata üzvlüyü təsdiqləndi
2023-07-18 09:24:40
Magistrlərin “Məzun günü” keçirilib
2023-07-07 13:52:20
AMEA-nın “tefal alimləri”, yoxsa "Pensiya fondu"na çevrilmiş “flaqman”? - İTTİHAM
2023-06-06 10:54:00
AMEA: Gəncləşmə siyasətində magistraturanın çox böyük rolu var
2023-03-16 12:19:24
Seysmologiya üzrə kadrlara ehtiyac var – İsa Həbibbəyli
2023-03-16 11:48:13
AMEA-nın Ümumi yığıncaq - nazir də iştirak etdi
2023-03-16 11:46:20
“Kamran Əliyev: tanınmış ədəbiyyatşünas, unudulmaz insan” - elmi konfrans
2023-03-04 12:01:00