
Təhsil nazirinin imzaladağı əmrə əsasən, Azərbaycanın orta məktəblərində "Son Zəng" mərasimləri keçirilib. Bu gün on minlərlə şagird məktəbə "əlvida” deyib
AzEdu.az xəbər verir ki, nazir Ceyhun Bayramov Qubadlı rayon Mirağa Əliyev adına Hal kənd tam orta məktəbində “Son Zəng” tədbirində iştirak edib. Ceyhun Bayramov məktəbi bitirən 28 məzunla görüşüb.
Nazirin qatıldığı "Son Zəng" tədbiri maraqlı anlarla yadda qalıb. Belə ki, Ceyhun Bayramov məktəbi bitirən məzunların "Məzun lentinə" imza atıb. Buda 11-ci sinifi bitirənlərin yüksək sevinc və marağına səbəb olub.
Qeyd edək ki, Qubadlı rayon Mirağa Əliyev adına Hal kənd tam orta məktəbini 28 məzun bitirir. Bu orta təhsil müəssisəsində ümumilikdə 202 şagird təhsil alıb.
Xatırladaq ki, 2018-2019-cü il tədris ilində ölkənin ümumtəhsil məktəblərinin IX siniflərini 113 815, XI siniflərini 80 514, qiyabi (axşam) ümumtəhsil məktəblərinin XII siniflərini isə 674 şagird bitirir.