Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-21 11:10:00
Komitə sədrindən rektorlara irad: “Belə getsə, texniki sahələri də qadınlar əlimizdən alacaqlar”

“Azərbaycanda ali təhsil ocaqlarında texniki sahələr üzrə oxuyan və çalışan qadınların sayı ilbəil artır. Bəzi hallarda rektorlar gileylənirlər ki, belə getsə, texniki sahələri də qadınlar əlimizdən alacaqlar”.

AzEdu.az-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Bakıda keçirilən Qadın Sahibkarlığının inkişafı üzrə Beynəlxalq Forumda deyib.

O bildirib k, Azərbaycanda qadınların çalışmadığı peşə yoxdur:

“Ölkədə elə bir peşə yoxdur ki, orada qadın çalışmasın. Yəni qadınlar təkcə təhsil, səhiyyə və mədəniyyət sahısindı çalışmırlar. Dünyada qadın sahibkarların sayında əvvəlki illərə nisbətən artım müşahidə olunur. Biz işə başlayanda Azərbaycanda qadın sahibkarların sayı cəmi 4 faiz təşkil edirdi. Bu gün Azərbaycanda qadın sahibkarların sayı 35 faiz təşkil edir. Biz qadınlar arasında özünəinamı yaratmaqla buna nail olduq”.