
2018-04-25 15:50:14
"Yarışlar başlayanda məktəbdə oturmaq mümkün olmayacaq”-Məktəb rəsmisi
“Dərslərin təxirə salınmasıyla bağlı heç bir nazılıq yoxdur”.
Bu sözləri AzEdu.az-a 132-134 nömrəli təhsil kompleksindən bildiriblər. Məktəbin məsul işçisinin sözlərinə görə, təxirəsalınan dərslər kompensasiya ediləcək:
“Təhsil Nazirliyinin qərarına uyğun olaraq uşaqlar bugündən etibarən dərslərə gəlməyəcəklər. İbtidai siniflər tətilə bir həftə tez çıxacaqlar. Yarışlar başlayandan sonra ümumiyyətlə, binada oturmaq mümkün olmayacaq.
Yuxarı sinif şagirdləri buraxılmış dərs günlərinin əvəzinə gələn həftədən şənbə günləri də dərsə gələcəklər”.
Qeyd edək ki, “2018 FORMULA 1 Azərbaycan Qran Pri yarışı” tədbiri ilə əlaqədar olaraq bir sıra istiqamətlərdə hərəkət məhdudlaşdırılıb.Təhsil Nazirliyi tərəfindən həmin yarışların hərəkət sxeminə aid olan və Bakı şəhərinin mərkəzi ərazisində yerləşən T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, 132-134 nömrəli təhsil kompleksi və 23 nömrəli tam orta məktəbin ibtidai sinifləri üzrə 1-5 may tarixli yaz tətilinin 24-30 aprel 2018-ci il tarixinə keçirilməsi, 5-11-ci sinif şagirdlərinin buraxılmış dərs günlərinin növbəti həftələrdə şənbə günləri ilə əvəz olunması qərara alınıb.
Bu bölməyə aid digər xəbərlər
İsrail Qəzzada məktəbi bombaladı - 18 nəfər öldü
2024-09-12 10:01:00
Slovakiyada məktəblərin təhlükəsizliyi gücləndiriləcək
2024-09-12 09:21:00
Azərbaycanda 6 aylıq uşaq faciəli şəkildə öldü
2024-09-09 15:45:37
Azərbaycanda DƏHŞƏT: İki yaşlı uşaq masaj edilərkən öldü - YENİLƏNİB
2024-09-09 13:38:00
Yol qəzasında azı 11 məktəbli öldü - YENİLƏNİB
2024-09-03 09:11:00
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş
2024-05-28 22:20:00
ABŞ-da məktəbdə atışma olub, 2 nəfər yaralanıb
2024-05-24 13:45:40
Daha bir təhsil müəssisəsinə cinayət işi açılıb
2024-05-22 15:19:40
Görüntüləri yayılan məktəb direktoru işdən QOVULDU
2024-05-21 15:13:07
Azərbaycanda ən yaxşı kənd məktəbləri - SİYAHI
2024-05-16 14:40:16