Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-21 15:21:00
Ötən il 500-600-da yuxarı bal toplayanların sayı açıqlandı

“Ötən il 500-dən yuxarı bal toplayanlar imtahan verənlərin 11.65 faizini təşkil edir. Yüksək bal toplayanlar arasında respublikanın əksər bölgələrinin təmsilçiləri var”.

AzEdu.az xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi “Abituriyent” jurnalının 12-ci nömrəsində əksini tapıb.

Jurnalda bildirilib ki, ötən il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 8419 abituriyent 500-dən, o cümlədən 3128 abituriyent 600-dən yuxarı bal toplayıb.

600 və ondan yuxarı bal toplayanların ixtisas qrupları üzrə paylanmasına gəlincə, qeyd olunub ki, onların 28.13 faizi (880 nəfəri) I qrupun, 17.71 faizi (554 nəfəri) II qrupun, 30.40 faizi (951 nəfəri) III qrupun, 23.75 faizi (743 nəfəri) IV qrupun abituriyentləridir:

“Yüksək bal toplayanlar respublikanın 73 bölgəsini təmsil edir. Onların nisbi sayına görə Sumqayıt və Mingəçevir şəhərləri, Sədərək, Qax, Şəki, Qubadlı və Ordubad rayonlarının göstəriciləri daha yüksək olub. Bu bölgələrdən ali təhsil müəssisələrinə sənəd verən hər 100 nəfər gəncin 15-17-si imtahanlarda 500-dən yuxarı bal toplayıb. 500-700 arasında bal toplayan abituriyentlərin əksəriyyəti ən nüfuzlu ixtisaslara qəbul olub. Onlardan ən yüksək nəticə göstərən 102 nəfər Prezident təqaüdünə layiq görülüb”. (APA)