Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-24 17:08:00
Peşə məktəblərində tədris müəddəti nəyə əsasən dəyişir? - QAYDA  

Peşə təhsili müəssisələrində təhsil müddəti qruplar əsasında müəyyənləşir. 

AzEdu.az “Təhsil haqqında”  Qanuna istinadən peşə təhsil müəssisələrində təhsil qrupların necə təşkil edilməsi ilə bağlı metodiki bilgiləri təqdim edir :

Ümumi orta təhsil bazasından qəbul olunan və ilk peşə təhsili alanlar üçün təşkil edilən qruplarda – 1 il, texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda – 2 il;

Tam orta təhsil bazasından qəbul olunmuş və ilk peşə təhsili alanlar üçün təşkil edilən qruplarda – 6 ay, texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda – 1 il;

Ümumi orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil alanlar üçün təşkil edilən qruplarda – 3 il;

Ümumi orta təhsil bazasından qəbul olunmuş və yüksək texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda – 4 il;

Tam orta təhsil bazasından qəbul olunmuş və yüksək texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda – 3 il.

 Xatırladaq ki, peşə təhsil müəssisələrində ixtisasartırma və yenidənhazırlanma kursları təşkil olunur. Ümumi orta və tam orta təhsil səviyyəsini bitirib, istehsalatda və ya digər iş sahələrində müəyyən nəzəri və praktiki peşə bacarıqları qazanmış şəxslər üçün həmin və ya digər peşənin öyrənilməsi, ixtisasın artırılması və yenidənhazırlanma üzrə kurslarda təhsil müddəti 6 aya qədərdir. Bu zaman tədris işəgötürənlərin və fərdlərin öz vəsaiti hesabına sifarişlər əsasında həyata keçirilir.

Rəna Nəbi