
Xaçmaz, Siyəzən, Şabran və Quba, Qusar rayon sakinlərinin nəzərinə!
Təhsil naziri Ceyhun Bayramov 5 iyul 2019-cu il tarixində saat 10:00-da Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Xaçmaz, Siyəzən və Şabran rayon sakinlərini qəbul edəcək.
Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumat verir ki, qəbulda Xaçmaz, Siyəzən və Şabran rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva 5 iyul 2019-cu il tarixində saat 10:00-da Quba şəhərindəki Mədəniyyət Mərkəzində Quba və Qusar rayon sakinlərini qəbul edəcək. Qəbulda Quba və Qusar rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlar 27-30 iyun və 1, 2 iyul (saat 18:00-dək) 2019-cu il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.