Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-29 12:21:00
Türkiyədə məzun günü mərasimindən qayıdanlar qəzaya uğrayıb - Ölən var

Türkiyənin Kayseri şəhərində məzun günü mərasimindən qayıdanlar qəzaya uğrayıb.

AzEdu.az xəbər verir ki, qəza nəticəsində 4 nəfər yaralanıb. Avtomobildə olanlardan 1 isə dünyasını dəyişib.

Məlumata görə, qəzaya səbəb avtomobilin yoldan çıxması olub.

Qeyd edək ki, qəzada yaralanan şəxslər xəstəxanaya yerləşdirilib, onların vəziyyəti ilə bağlı hələlik heç bir məlumat verilmir. (Sputnik.az)