Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-29 15:20:00
Tələbənin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

Yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü kurs tələbəsinin ölümünə səbəb olmaqda təqsirləndirilən Tural Rəsulovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Əfqan Hacıyevin icraatına verilən iş üzrə hazırlıq iclasının vaxtı yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında baş verib. “Chrysler” markalı avtomobilin vurması nəticəsində Azərbaycan Texniki Universitetinin III kurs tələbəsi, 1999-cu il təvəllüdlü Şahbazi İlkin Bəxtiyar oğlu dünyasını dəyişib. Onu vuran avtomobilin sükanı arxasında olan Rəsulov Tural Söhbət oğlunun maşını Bakı Əyləncə Mərkəzinin qarşısından qaçırdığı bildirilib.

“Chrysler” markalı avtomobilin sahibi isə 23 yaşlı Vəliyev Samir Əmirxan oğludur.

T.Rəsulova Cinayət Məcəlləsinni 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.