
2019-06-30 13:50:00
Qəbələdə gənc arxeoloq alim və tələbələrin yay məktəbi keçiriləcək
İyul ayının 9-dan başlayaraq Qəbələdə gənc arxeoloq alim və tələbələrin yay məktəbinə start veriləcək. Qəbələ Arxeoloji Mərkəzində bir həftə ərizində davam edəcək tədbirin təşkilatçıları AMEA-nın İctimai Elmləri Bölməsi və Gənc Alim və Mütəxəssislər Şurasıdır.
AzEdu.az xəbər verir ki, yay məktəbində müxtəlif elm və təhsil müəssisələrinin gəncləri bir sıra elmi-intellektual və əyləncəli tədbirlərdə iştirak etməklə, arxeologiya elminin problemlərinə dair interaktiv mühazirələri dinləmək imkanı qazanacaqlar. Respublikada və dünyada arxeologiya sahəsində aparılan tədqiqatların nəticələrinə dair müzakirələrə gənclərin cəlb olunması tədbirin əsas məqsədidir. Yay məktəbinin gedişində üç elmi panel üzrə konfransın keçirilməsi də planlaşdırılır.
Bundan başqa, tədbirdə iştirak edən gənclər üçün dünyanın sivilizasiya tarixi və mədəniyəti üçün böyük əhəmiyyət kəsb edən “Leylatəpə” arxeoloji mədəniyyətinə aid “Qala yeri” abidəsində çöl tədqiqatlarının aparılması nəzərdə tutulub.
Bu bölməyə aid digər xəbərlər
AMEA-da Qərbi Azərbaycanla bağlı yeni şöbələr yaradılıb
2024-06-24 09:17:18
İsa Həbibbəyli: "Azərbaycan seysmologiya sahəsi üzrə doktorantura təhsili yoxdur"
2023-11-29 11:57:59
TÜBİTAK-ın AMEA ofisi yaradılıb
2023-11-19 10:31:00
AMEA-nın beynəlxalq təşkilata üzvlüyü təsdiqləndi
2023-07-18 09:24:40
Magistrlərin “Məzun günü” keçirilib
2023-07-07 13:52:20
AMEA-nın “tefal alimləri”, yoxsa "Pensiya fondu"na çevrilmiş “flaqman”? - İTTİHAM
2023-06-06 10:54:00
AMEA: Gəncləşmə siyasətində magistraturanın çox böyük rolu var
2023-03-16 12:19:24
Seysmologiya üzrə kadrlara ehtiyac var – İsa Həbibbəyli
2023-03-16 11:48:13
AMEA-nın Ümumi yığıncaq - nazir də iştirak etdi
2023-03-16 11:46:20
“Kamran Əliyev: tanınmış ədəbiyyatşünas, unudulmaz insan” - elmi konfrans
2023-03-04 12:01:00