Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-01 08:47:00
Litva universiteti rusdilli ali təhsili genişləndirir  

Litvanın Klaypeda Dövlət Universitetində rusdilli təhsilin miqyasını genişləndirmək nəzərdə tutulur.

AzEdu.az xəbər verir ki, universitet yeni dərs ilindən etibarən rus dilində daha bir neçə fakültə açacaq. Universitetin yeni təyin olunmuş rektoru Arturas Razbadauskas hesab edir ki, Klaypeda keçmiş sovet ölkələrindən gələn abituriyent sayını artırmalıdır. Bu addım şəhərin də inkişafına ciddi təkan verəcək. Klaypeda rəhbərliyi şəhər əhalisinin sayının 2030-cu ilədək 190 min nəfərə çatdırılmasını qarşısına məqsəd qoyub. Bu istiqamətdə işlərdən biri də keçmiş postsovet ölkələrindən, o cümlədən Azərbaycandan şəhərə gənc mütəxəssislərin cəlb olunmasıdır.

Rus dilində açılacaq fakültələr isə bunlardır: Avropa tarixi, informatika, bədən tərbiyəsi, psixologiya, neft hasilatı və emalı və etikadır.