Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-02 20:14:00
Azərbaycan Milli Elmlər Akademiyasında yeni təyinat

Gülnar Qasımlı Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin edilib.

AzEdu.az xəbər verir ki, Gülnar Səma 2014-cü ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi Tənqid şöbəsinə Azərbaycan ədəbiyyatı ixtisası üzrə doktoranturaya qəbul olub.

2017-ci ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisidir.

İnstitutda işlədiyi müddətdə dissertasiyası əsasında 2018-ci ildə Latviyada rus dilində “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında poema janrı” adlı monoqrafiyası çap olunub. 2019-cu ildə Ədəbiyyat İnstitutunun elmi şurasının 17 dekabr 2018-ci il 15 saylı qərarı ilə publisistik məqalələrdən ibarət “Sözümüz sözdür” kitabı nəşr edilib.