
2019-07-02 21:52:00
400 bal toplayan Elza: “Uğurumu valideynlərim və müəllimlərimə borcluyam”
"Yaz qəbul imtahanında 682,9 balla respublika birincisi oldum. Yay imtahanına girməyə bilərdim. Blok imtahanından 394 bal toplamışdım və maksimal nəticəyə 6 balım çatmırdı. Lakin yayda keçirilən imtahına girməyə qərar verdim və 400 bal topladım"
Bu sözləri AzEdu.az-a açıqlaması zamanı I ixtisas qrupu üzrə 400 bal toplayan Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu Elza Qurbanova deyib. O, maksimal nəticəni gözlədiyini bildirib:
"Bu uğurumu valideynlərim və müəllimlərimə borcluyam. 700 bal mənim üçün önəmli deyildi. Əsas olan istədiyim ixtisasa qəbul olunmaq idi. Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına daxil olmaq istəyirəm.
Əvvəllər II qrupa hazırlaşırdım. Fizika üzrə olimpidalara qatılıb bürünc medal qazanmışam. Bundan sonra I ixtisas qrupuna yönəldim və yüksək nəticə göstərə bildim.
Buraxılış imtahanında müəyyən səhvlərim olsa da, suallar çox rahat idi".
Qeyd edək ki, bu gün 23 iyunda I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb.
Bu bölməyə aid digər xəbərlər
Abituriyentlərdə stress necə idarə olunmalıdır? – Psixoloqdan TÖVSİYƏ
2020-05-19 14:18:00
İmtahanlarda iştirakçılar arasında 2 metr məsafə qoyulacaq
2020-05-08 14:07:00
İmtahan mərkəzləri tibbi maskalarla təchiz olunacaq
2020-05-08 13:55:00
Buraxılış, qəbul imtahanları bu tarix və qaydalar əsasında keçirilə bilər -TƏHLİL
2020-04-10 16:08:00
Coğrafiyadan situasiya tipli tapşırıqlar - II qrup üzrə hazırlaşanlar üçün
2020-01-07 12:41:00
Polis olmaq istəyənlər üçün müsabiqə keçirilir
2019-12-05 17:40:00
Abituriyentlərin nəzərinə! - Fənlər üzrə test topluları yaxın günlərdə nəşr olunacaq
2019-11-27 15:35:00
Bu qədər abituriyent 40-dan az bal toplayıb -Kolleclərə qəbul göstəriciləri
2019-11-22 15:35:00
“150-200 bal toplayanların universitetdə təhsil alması doğru deyil” – Ekspertdən İRAD
2019-11-21 10:31:00
Ekspertdən təklif: “İnformatika fənni qəbul imtahanlarına əlavə olunmalıdır”
2019-10-27 15:16:00