Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-03 10:26:39
“Yanğında heç kəs xəsarət almayıb, narahatlığa səbəb yoxdur” –UNEC-dən açıqlama  

“Universitetin tədris mərkəzindəki yanğın zamanı heç bir tələbəyə zərər dəyməyib”. 

Bunu AzEdu.az-a açıqlamasında UNEC-in mətbuat xidmətinin rəhbəri Elnarə Məmmədova bildirib. 

Qeyd edək ki, bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yanğın olub.

Yanğın səhər saatlarında ali məktəbin əsas tədris binasındakı tədris mərkəzi otağında baş verib. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. 

Elnarə Məmmədova açıqlamasında yanğın təhlükəsinin sovuşduğunu, narahatlığa heç bir səbəb olmadığını bildirib:

 “Yanğı qısa qapanma nəticəsində baş verib.Hadisə universitetin Tədris Şöbəsində yaşanıb. Yanğın təhlükəsi aradan qaldırılıb. Heç bir tələbəyə zərər dəyməyib. Narahat olmağa əsas yoxdu”.

Şükufə Süleymanlı