
Bu gün peşə təhsil müəssisələrində dərs 1, 2 və 3 illik qruplarda və 6 aylıq kurs formasında tədris edilir. Bu qruplar öz istiqamətlərinə, tədris fənlərinə görə bir-birindən fərqlənirlər.
AzEdu.az “Azərbaycan Respublikasında ilk peşə-ixtisas təhsilinin dövlət standartları” adlı sənədə istinadən, 1,2,3 illik və 6 aylıq qruplarda tədris edilən fənləri təqdim edir:
Ümumi orta təhsil bazasında peşə ilə yanaşı tam orta təhsil almaqla, təhsil müddəti 3 il olan qruplarda:
Ümumtəhsil fənləri: “Azərbaycan dili” (təlim Azərbaycan dilində olan məktəblərdə), “Rus dili” (təlim rus dilində olan məktəblərdə), “Gürcü dili” (təlim gürcü dilində olan məktəblərdə), “Azərbaycan dili – dövlət dili kimi” (təlim digər dillərdə olan məktəblərdə), “Ədəbiyyat”, “Xarici dil”, “İkinci xarici dil”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Riyaziyyat”, “İnformatika”, “Kimya”, “Fizika”, “Coğrafiya”, “Biologiya”, “Fiziki tərbiyə” və “Çağırışaqədərki hazırlıq”.
Peşə istiqamətindən asılı olmayaraq bütün ixtisaslarda tədris olunan ümumi ixtisas fənləri :“İxtisasyönümlü xarici dil”, “Ünsiyyət tərzi və 8 davranış mədəniyyəti”, “Bazar iqtisadiyyatının və sahibkarlığın əsasları”, “Azərbaycan qanunvericiliyinin əsasları”, “İxtisas üzrə İKT”, “İxtisas üzrə hesablama əməliyyatları
Xüsusi-ixtisas fənləri: “İxtisas üzrə modulların (fənlərin) nəzəri hissəsi”, “İxtisas üzrə modulların təcrübə (istehsalat təlimi) hissəsi” və “İstehsalat təcrübəsi”.
Ümumi orta təhsil bazasında tam orta təhsil almamaqla, təhsil müddəti 2 il olan qruplarda:
Ümumtəhsil fənləri: “Çağırışaqədərki hazırlıq” və “Fiziki tərbiyə”.
Peşə istiqamətindən asılı olmayaraq bütün ixtisaslarda tədris olunan ümumi ixtisas fənləri: “İxtisasyönümlü xarici dil”, “Ünsiyyət tərzi və davranış mədəniyyəti”, “Bazar iqtisadiyyatının və sahibkarlığın əsasları”, “Azərbaycan qanunvericiliyinin əsasları”, “İxtisas üzrə İKT”, “İxtisas üzrə hesablama əməliyyatları”.
Xüsusi-ixtisas fənləri: “İxtisas üzrə modulların (fənlərin) nəzəri hissəsi”, “İxtisas üzrə modulların təcrübə (istehsalat təlimi) hissəsi” və “İstehsalat təcrübəsi”.
Ümumi orta və ondan yuxarı təhsil səviyyəsini bitirmiş və yalnız peşə təhsili alanlar üçün təhsil müddəti 1 il olan qruplarda:
Ümumtəhsil fənləri: “Çağırışaqədərki hazırlıq” və “Fiziki tərbiyə”.
Peşə istiqamətindən asılı olmayaraq bütün ixtisaslarda tədris olunan ümumi ixtisas fənləri: “İxtisasyönümlü xarici dil”, “Ünsiyyət tərzi və davranış mədəniyyəti”, “Bazar iqtisadiyyatının və sahibkarlığın əsasları”, “Azərbaycan qanunvericiliyinin əsasları”, “İxtisas üzrə İKT”, “İxtisas üzrə hesablama əməliyyatları” .
Xüsusi-ixtisas fənləri: “İxtisas üzrə modulların (fənlərin) nəzəri hissəsi”, “İxtisas üzrə modulların təcrübə (istehsalat təlimi) hissəsi” və “İstehsalat təcrübəsi”.
Təhsil müddəti 6 ay olan qruplarda:
Peşə istiqamətindən asılı olmayaraq bütün ixtisaslarda tədris olunan ümumi ixtisas fənləri: “İxtisasyönümlü xarici dil”, “Ünsiyyət tərzi və davranış mədəniyyəti”, “Bazar iqtisadiyyatının və sahibkarlığın əsasları”, “Azərbaycan qanunvericiliyinin əsasları”, “İxtisas üzrə İKT”, “İxtisas üzrə hesablama əməliyyatları”
Xüsusi-ixtisas fənləri: “İxtisas üzrə modulların (fənlərin) nəzəri hissəsi”, “İxtisas üzrə modulların təcrübə (istehsalat təlimi) hissəsi” və “İstehsalat təcrübəsi”.
Rəna Nəbi