
2019-07-04 23:15:00
Tələbələr üçün yeni təcrübə imkanı
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzinin və “Norm” MMC-nin birgə təşkilatçılığı ilə tələbələrin şirkətdə yay təcrübəsi keçmələri məqsədilə test imtahanı təşkil edilib.
UNEC-dən AzEdu.az-a verilən məlumata görə, imtahandan öncə şirkətin İnsan resursları departamentinin əməkdaşları tələbələrə təcrübə proqramı haqqında məlumat verib, test imtahanının aparılması qaydalarını izah ediblər. Yüzdən çox tələbənin iştirak etdiyi test imtahanında namizədlərə testlərin həll edilməsi üçün 1 saat vaxt verilib. Test namizədlərin məntiqi təfəkkürünün və dil biliklərinin yoxlanılmasından ibarət olub.
Ən yüksək nəticə əldə edən namizədlər şirkətin yay təcrübə proqramında iştirak etmək hüququ qazanacaqlar.
Bu bölməyə aid digər xəbərlər
Regionlarda məktəb açılışları olub
2024-09-07 09:42:23
DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib
2024-08-23 10:49:51
Səhiyyə Nazirliyindən korona ilə bağlı AÇIQLAMA
2024-08-22 11:46:52
MİQ-in müsahibə mərhələsinin VI günündə 816 nəfər iştirak edib
2024-08-21 19:05:10
Minik avtomobili sürücüləri imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-08-21 15:31:17
Naxçıvanda bu qədər uşaq I sinifə gedəcək
2024-08-21 13:02:05
Bu instituta yeni direktor təyin edildi
2024-08-21 10:22:09
Paytaxtın bu ərazilərində nəqliyyatın hərəkəti dayandırılır
2024-08-20 16:31:07
Naxçıvanda açıq gimnastika məşğələləri reallaşıb
2024-08-18 18:06:22
Sumqayıtda maşın gənc piyadanı vurub
2024-08-18 08:55:39