
2019-07-08 09:08:00
Azərbaycanlı gimnast Universiadada qızıl medal qazanıb
İtaliyanın Neapol şəhərində 30-cu Yay Universiadası keçirilir.
Azərbaycan Gimnastika Federasiyasında verilən məlumata görə, 17 idman növünün təmsil olunduğu turnirdə bu gün idman gimnastikası üzrə final yarışları baş tutub.
Qadın idman gimnastımız Marina Nekrasova dayaqlı tullanma hərəkətlərinə görə 14 tam xal toplayaraq, qızıl medal qazanıb. Qeyd edək ki, yarışlarda 28 ölkədən 51 idmançı iştirak edib.
Kişilərin yarışında isə gimnastımız İvan Tixonov çoxnövçülükdə mübarizə apararaq, 79.600 xalla 11-ci yerdə qərarlaşıb.
Bir neçə gün sonra isə Universiada çərçivəsində bədii gimnastika üzrə yarışlar start götürəcək. Yarışlarda ölkəmizi Zöhrə Ağamirova təmsil edəcək.
Bu bölməyə aid digər xəbərlər
Regionlarda məktəb açılışları olub
2024-09-07 09:42:23
DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib
2024-08-23 10:49:51
Səhiyyə Nazirliyindən korona ilə bağlı AÇIQLAMA
2024-08-22 11:46:52
MİQ-in müsahibə mərhələsinin VI günündə 816 nəfər iştirak edib
2024-08-21 19:05:10
Minik avtomobili sürücüləri imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-08-21 15:31:17
Naxçıvanda bu qədər uşaq I sinifə gedəcək
2024-08-21 13:02:05
Bu instituta yeni direktor təyin edildi
2024-08-21 10:22:09
Paytaxtın bu ərazilərində nəqliyyatın hərəkəti dayandırılır
2024-08-20 16:31:07
Naxçıvanda açıq gimnastika məşğələləri reallaşıb
2024-08-18 18:06:22
Sumqayıtda maşın gənc piyadanı vurub
2024-08-18 08:55:39