
Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə artıq başlanıb. Proses iyulun 19-dək davam edəcək.
Müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.
Direktorların işə qəbulu üçün 500-ə yaxın vakant yer çıxarılıb.
Namizədləri maraqlandıran əsas məqamlardan biri də müsahibə mərhələsi üçün hansı sənədlərin tələb olunmasıdır.
Sual:
Müsahibə mərhələsində iştirak edəcək namizədlərdən hansı sənədlər tələb olunur?
AzEdu.az xəbər verir ki, müsahibəyə çağırılacaq namizədlər tələb olunan tarixdə aşağıdakı sənədləri müsahibə komissiyasına təqdim etməlidirlər:
-Şəxsi işlərini;
-Elektron ərizənin surəti;
-Diplom və ona əlavə;
-Xaricdə təhsil alanlar diplomla yanaşı təhsil sənədlərinin tanınmasına dair şəhadətnamə;
-Şəxsiyyət vəsiqəsi;
-Sağlamlıq haqqında arayış;
-Əmək kitabçası;
-Eektron ərizədə göstərilən məlumatları təsdiq edən digər sənədlərin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti.
Qeyd edək ki, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsilli, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.