
Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha səmərəli hazırlaşmalarına kömək məqsədilə keçiriləcək elektron sınaq imtahanına qeydiyyat davam edir.
DİM-dən AzEdu.az-a bildirilib ki, sınaq imtahanı AA, AB, AC, BA və BB qrupları üzrə iyulun 19-da keçiriləcək. İmtahan saat 10-da başlanacaq.
Namizədlər imtahanı DİM-in Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə verəcəklər.
İmtahanda iştirak etmək üçün onlayn qeydiyyat iyulun 19-u saat 9-da başa çatacaq. Qeydiyyat üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom linkinə daxil olmaq lazımdır.
Sınaq imtahanında hər qrup üzrə uyğun olaraq eyni test tapşırıqlarından istifadə ediləcək.