
2018-04-28 22:18:18
Daha bir məktəb direktoru işdən qovuldu - Seçkidəki qanunsuzluğa görə
Seçki günü qanun pozuntusu qeydə alınan məktəbin direktoru vəzifəsindən azad edilib.
AzEdu.az-ın axar.az-a istinadən verdiyi məlumata görə, Lənkəran rayonunda yerləşən Həzi Aslanov adına 3 nömrəli məktəbin direktoru Nəzakət Həsənovanın işinə son verilib.
Buna səbəb seçki günü sözügedən məktəbdə baş verən qanun pozuntusu olub. Uzun illərdir 3 nömrəli məktəbə rəhbərlik edən 70 yaşlı direktor N.Həsənovanın seçkiyə məsuliyyətsiz yanaşması və yol verdiyi nöqsan onun karyerasının sonunu gətirib. Qanun pozuntusundan sonra həmin seçki məntəqəsinin nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv edilib. Hətta mediada da həmin dairədə baş verən pozuntu ilə bağlı video-görüntülər yayılıb.
Maraqlı məqamlardan digəri isə N.Həsənovanın 70 yaşa qədər vəzifəsini davam etdirməsidir.
Xatırladaq ki, 73 saylı Lənkəran şəhər seçki dairəsinin 10 saylı, 74 saylı Lənkəran kənd seçki dairəsinin 12 saylı seçki məntəqələrində nəticələr ləğv olunub.
Bu bölməyə aid digər xəbərlər
İsrail Qəzzada məktəbi bombaladı - 18 nəfər öldü
2024-09-12 10:01:00
Slovakiyada məktəblərin təhlükəsizliyi gücləndiriləcək
2024-09-12 09:21:00
Azərbaycanda 6 aylıq uşaq faciəli şəkildə öldü
2024-09-09 15:45:37
Azərbaycanda DƏHŞƏT: İki yaşlı uşaq masaj edilərkən öldü - YENİLƏNİB
2024-09-09 13:38:00
Yol qəzasında azı 11 məktəbli öldü - YENİLƏNİB
2024-09-03 09:11:00
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş
2024-05-28 22:20:00
ABŞ-da məktəbdə atışma olub, 2 nəfər yaralanıb
2024-05-24 13:45:40
Daha bir təhsil müəssisəsinə cinayət işi açılıb
2024-05-22 15:19:40
Görüntüləri yayılan məktəb direktoru işdən QOVULDU
2024-05-21 15:13:07
Azərbaycanda ən yaxşı kənd məktəbləri - SİYAHI
2024-05-16 14:40:16