
Tailandda yaşlı insanlara məktəb illərinə geri qayıtma şansı verilir. Bu layihə onların daha da həvəslənib, həyata bağlanması məqsədini daşıyır.
AzEdu.az xarici mediaya istinadən məlumat verir ki, 63 yaşlı tailandlı Kokard Subkerd bu məktəbin məzunudur.
Yalnız yaşlıların təhsil aldığı məktəb ölkənin Ayutthaya kəndində yerləşir. Təhsil müəssisəsi tək yaşayan yaşlı insanların cəmiyyətdən uzaqlaşdırılmaması məqsədilə fəaliyyət göstərir.
Tədris on iki həftə davam edir. Burada həmçinin, ingiliscə sadə cümlələr qurmaq da öyrədilir. Mütəxəssislərin sözlərinə görə yaşlı insanların nələrisə öyrənməsi onları depresiv hallardan uzaqlaşdırır. Qeyd edək ki, Tailanda doğum sayı sürətlə azaldığına görə statistikalar əhali arasında yaşlı təbəqənin sayının artdığını göstərir. Gənclər işləmək məqsədilə böyük şəhərlərə üz tutduğundan yaşlı insanların sayı kəndlərdə daha çoxdur.