Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-22 14:11:00
Beynəlxalq Biologiya Olimpiadasından bürünc medal  

14-21 iyul 2019-cu il tarixlərində Macarıstanın Szeged şəhərində məktəblilərin 30-cu Beynəlxalq Biologiya Olimpiadası keçirilib.

AzEdu.az xəbər verir ki, iki turdan ibarət olan elm yarışında şagirdlərimiz nəzəri və praktiki mərhələlərdə iştirak edib.

Yekun nəticələrə əsasən, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdi Ramil Xammədov bürünc medal qazanıb.