Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-24 13:09:00
AMEA YT Parka “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilib

AMEA-nın Yüksək Texnologiyalar Parkına Dövlət Gömrük Komitəsinin ixrac əməliyyatları üzrə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilib.

AMEA-dan  AzEdu.az-a  bildirilib ki, bu qərar Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın 2.3-cü bəndinə əsasən verilib.