Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-25 17:41:00
Növbəti tədris ilindən bu dərsliklər istifadəyə veriləcək

2019-2020-ci tədris ilinə dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5 668 865 nüsxə dərslik və metodik vəsait çap edilib.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Məlumatda dərsliklərin təkmilləşdirilməsi məsələsinə də toxunulub. Bildirilib ki, təkmilləşdirmə ölkənin ümumtəhsil müəssisələrinin IV-VIII siniflərinin istifadəsində olan dərslikləri əhatə edir. Həmin dərsliklər məzmun və dizayn baxımından əsaslı şəkildə təkmilləşdirilərək yenilənib.

Bundan əlavə, ölkənin təhsil müəssisələrinin I sinifləri üçün Azərbaycan dili və Riyaziyyat üzrə yeni dərsliklər hazırlanıb. Bununla yanaşı, dünya səviyyəli Makmella şirkəti tərəfindən hazırlanan dərslik komplekti ölkə standartlarına uyğunlaşdırılıb. Hər 3 dərsliyin 2019-2020-ci tədris ilində ölkənin seçilmiş məktəblərinin pilot siniflərində sınaq istifadəyə verilməsi planlaşdırılır. Sınaq istifadənin nəticələri mütəxəssislər tərəfindən müzakirə olunduqdan sonra dərsliklər üzərində təkmilləşdirilmələr aparılacaq. Yalnız bundan sonta bütün ümumtəhsil müəssisələrində kütləvi istifadəyə veriləcək.

Qeyd edək ki, dərsliklərin 25 avqust 2019-cu il tarixinədək yerli təhsili idarəetmə qurumlarına çatdırılması nəzərdə tutulur. Həmin tarixdən sonrakı 10 gün müddətində dərsliklər yerli dövlət ümumi təhsil müəssisələrinə, sentyabrın 6-dək isə şagirdlərə çatdırılacaq.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları