Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-25 18:03:37
Abituriyentlərin nəzərinə  

Dövlət İmtahan Mərkəzi 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin dizayn ixtisası üzrə müsabiqəyə buraxılmış abituriyentlərə müraciət edir.

Mərkəzdən AzEdu.az-a bildirilib ki, 14-cü komissiyanın dizayn ixtisası üzrə qabiliyyət imtahanında məqbul qiymət almış və I ixtisas qrupu üzrə qəbul imtahanında iştirak edərək ümumi balı (iki mərhələ üzrə) 200 və daha yüksək, ikinci mərhələ üzrə balı 100 və daha artıq olan abituriyentlər I ixtisas qrupunun xüsusi qabiliyyət tələb edən memarlıq ixtisası üzrə də müsabiqədə iştirak edə bilərlər.