
2019-2020-ci tədris ilinə dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5 668 865 nüsxə dərslik və metodik vəsait çap edilib.
AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Məlumatda dərsliklərin təkmilləşdirilməsi məsələsinə də toxunulub. Bildirilib ki, təkmilləşdirmə ölkənin ümumtəhsil müəssisələrinin IV-VIII siniflərinin istifadəsində olan dərslikləri əhatə edir. Həmin dərsliklər məzmun və dizayn baxımından əsaslı şəkildə təkmilləşdirilərək yenilənib.
Bəs, yeni dərsliklərin məktəblərə çatdırılması nə zaman həyata keçiriləcək?
Nazirlikdən bildirilib ki, ölkənin dövlət ümumtəhsil müəssisələri üçün çap edilən dərsliklərin 25 avqustadək Rayon Təhsil Şöbələrinə, eləcə də Şəhər Təhsil İdarələrinə çatdırılmaıs nəzərdə tutulub. Sonrakı 10 gün müddətində, yəni, 4 sentyabradək dərsliklərin məktəblərə çatdırılması planlaşdırılıb. Məktəblər isə dərsliklərin 6 sentyabradək şagirdlərə çatdırılmasını təşkil etməlidirlər.