Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-27 17:10:00
Peşə Təhsil Mərkəzinə elektron qeydiyyatın nəticələri bu tarixdə elan ediləcək - RƏSMİ

Koreya təhsil standartları əsasında yaradılan Peşə Təhsili Mərkəzinə electron qeydiyyatın nəticələri 14 avqustda elan olunacaq.

AzEdu.az xəbər verir ki, müsabiqədə tam orta təhsilini başa vurmuş şəxslər iştirak edə bilərlər. Texniki fənlər üzrə yüksək qiymət alan namizədlərə üstünlük veriləcək. Müsabiqə elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi və müsahibə mərhələsindən ibarətdir.

Müsahibə mərhələsində namizədlərə seçdikləri ixtisasa uyğun tapşırıqlar təqdim olunacaq və tapşırığın yerinə yetirilməsi səviyyəsi qiymətləndiriləcək. Bu mərhələdə iştirak etmək üçün namizədlər şəxsiyyət vəsiqəsinin və tam orta təhsil haqqında sənədin (attestat) surətini gətirməlidirlər.

Xatırladaq ki, Mərkəz Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında yaradılan ilk pilot təhsil müəssisəsidir.

Mərkəzdə torna və frezer dəzgahları operatoru, avtomobil diaqnostikası və təmiri ustası, sənayedə quraşdırma işləri üzrə usta, elektronika ustası, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, inşaat ustası, veb-dizayner və proqram təminatçısı, avtomatika ustası ixtisasları üzrə 1 illik proqramlarda təhsil almaq imkanı var.

Rəna NƏBİ