2019-07-28 11:38:00
Magistraturaya ərizə qəbulu davam edir
Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul olmaq istəyən bakalavrların elektron ixtisaslaşma seçimi ərizələrinin qəbulu davam edir.
Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, cari ildə ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmuş (o cümlədən qəbul olduğu təhsil müəssisəsində qeydiyyatdan keçməyən) bakalavrların boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur. İyulun 28-i saat 11:30-a olan məlumata görə, 605 (Azərbaycan bölməsi – 582, rus bölməsi – 23) bakalavrın ərizəsi təsdiqlənib.
Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün iyulun 30-u saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə daxil olaraq, seçdikləri ixtisaslaşmaların kodlarını “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə qeyd edib təsdiqləməlidirlər.
Qeyd edək ki, boş yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı nömrəsində dərc olunub. Hər bir bakalavr imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq olan 20-dək ixtisaslaşma kodunu seçə bilər.

Bu bölməyə aid digər xəbərlər
Peşə tanınması imtahanı keçirilib
2024-05-04 11:47:35
DİM-də təlim keçirilib
2024-05-03 14:44:39
DİM 9 illik səviyyədə üzrə növbəti imtahanlar keçirəcək
2024-05-02 14:36:57
TOEFL iBT imtahanı keçirilib
2024-05-01 15:26:26
DİM-də növbəti təlim
2024-04-29 17:37:15
DİM-də təlim keçirilib
2024-04-29 16:40:00
İngilis dili fənni üzrə ekspertlərlə görüş keçirilib
2024-04-29 16:27:04
Hakimliyə namizədlər imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-04-26 17:46:41
GRE General Test imtahanı keçirilib
2024-04-25 15:10:00
Beş nəfərin nəticəsi ləğv olunub, 6 nəfər 300 bal toplayıb
2024-04-19 20:21:00