Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-28 12:20:00
Süni intellektlə maraqlananların nəzərinə: Yeni təcrübə proqramı elan edilir

AREA (Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası) "Internship Program" elan edir.

AzEdu.az xəbər verir ki, bunu TED.az-a açıqlamasında AREA-nın təsisçisi Rəhman Rəsulzadə deyib: “Təcrübə proqramı sentyabrın 1-dən başlayaraq 3 ay nəzərdə tutulub. Təməl mühəndislik biliklərinə malik, proqramlaşdırma, elektronika və mexanika sahələrində özünü inkişaf etdirən və inkişaf etdirmək istəyində olanlar, eləcə də “artificial intelligence” (süni intellekt) kimi yeni trendlərə açıq, robotexnika üzrə milli və beynəlxalq yarışlarda iştirak etməyə həvəsli gənclər bu proqramda iştirak edə bilərlər”.

Proqramda iştirak etmək istəyənlər CV formasını [email protected] ünvanına göndərə bilərlər.

 Əlavə məlumat üçün telefon: (070) 256 6466 AREA Bakı; (070) 276 6366 AREA Sumqayıt